Polşanın "Poqon" klubunun "Qarabağ"ın hücumçusu Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı xəbər vermişdik.
Sportal.az xəbər verir ki, mövzu ilə bağlı Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 50 yaşlı mütəxəssis hücumçu üçün kluba heç bir təklif gəlmədiyini bildirib:
"Polşa klubunun Musa ilə maraqlandığını mən də eşitmişəm. Amma bununla bağlı bizə heç bir təklif gəlməyib".
saytlarin hazirlanmasi