İtaliyalı məşqçi Klaudio Ranyerinin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəvbər verir ki, 71 yaşlı mütəxəssis "Kalyari"nin baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli çalışdırıcı ilə 2025-ci ilin yayına kimi müqavilə nəzərdə tutulan imzalanıb.
Ranyeri 1988-1991-ci illərdə "Kalyari"ni çalışdırıb. Szügedən komanda hazırda İtaliya B seriyasında 22 xalla 14-cü pillədə qərarlaşıb.