İtaliyanın "Yuventus" klubunun yeni rəhbərliyi açıqlanıb.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin yeni prezidenti Canluka Ferrerodur. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İdarə Heyətində Fioranna Vittoria Neqri, Maurisio Skanavino (baş menecer), Dieqo Pistone və Laura Kapiello yer alıb.
Qeyd edək ki, noyabr ayında "Yuventus" rəhbərliyi tam tərkibdə istefa vermişdi.
saytlarin hazirlanmasi