"Qarabağ"ın futbolçusu Kadi Borqesin Rusiyanın "Krasnodar" klubuna transferi baş tutmaya bilər.
Sportal.az xəbər verir ki, klublar maliyyə məsələsində razılığa gələ bilməyiblər. Bu barədə "RB Sport" nəşri məlumat yayıb. Xəbərdə "Qarabağ"ın braziliyalı yarımmüdafiəçi üçün Rusiya klubundan yüksək məbləğ tələb etdiyi bildirilib.
"Krasnodar" Kadi Borgeslə şəxsi razılığa gəlib. Ruslar "Qarabağ"la maliyyə şərtlərində razılaşa bilməsə, bu transfer baş tutmayacaq.