Ötən gün "Səbail"in "Legiya" ilə keçirdiyi hazırlıq matçını (2:2) izləyənlər arasında "Qarabağ"ın müdafiəçisi Marko Veşoviç də olub.
Sportal.az xəbər verir ki, monteneqro futbolçu görüşdən sonra Polşa mətbuatına açıqlama verib. "Legiya"nın keçmiş oyunçusu "Səbail"i ölkəmizin ən zəif komandası adlandırıb:
"Səbail" Premyer Liqanın ən zəif komandasıdır. Çempionatda ilk üç sırada olan komandaların (red-"Qarabağ", "Sabah" və "Neftçi") yaxşı pulu var".
Qeyd edək ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Marko Veşoviç 2018-2021-ci illərdə isə "Legiya"da oynayıb.
saytlarin hazirlanmasi