Avropa Konfrans Liqasının pley-off mərhələsinin oyunlarında VAR sistemindən istifadə olunacaq.
Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Konfrans Liqasında bu ruaunddan etibarən VAR tətbiq ediləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" turnirin pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.