"Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçak Ağdam təmsilçisinin düşərgəsini ziyarət edib.
Sportal.az xəbər verir ki, polşalı müdafiəçi "Qarabağ"ın Antalya toplanışı çərçivəsində "Rakuv"la keçirdiyi yoxlama oyununu izləyib.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 36 yaşlı mərkəz müdafiəçisi hazırda ölkəsinin "Visla" (Plotsk) klubunun şərəfini qoruyur.
saytlarin hazirlanmasi