Polşanın "Rakuv" klubu Antalyada keçirilən hazırlıq matçında "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Marek Papsun qarşılaşmadan sonra açıqlama verib. 49 yaşlı mütəxəssis "Qarabağ"ı güclü rəqib adlandırıb:
"Güclü rəqiblə oynadıq. "Lex" bu komanda ilə qarşılaşıb və məğlub olmuşdu. "Qarabağ" kimi komanda ilə oynamağa dəyərdi. Yaxşı matç oldu. Komandamın çıxışından razıyam".
saytlarin hazirlanmasi