"Ferentsvaroş" "Qarabağ"ın oyunçuların dəyişdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "köhlən atlar"dan Kvabena Ovusunu transfer etmək istəyən Macarıstan klubu qanalı hücumçunun əvəzində Marginyosu əks tərəfə göndərməyə razılaşmayıb.
Budapeşt təmsilçisi braziliyalı forvardın satılmaması barədə Azərbaycan çempionunu məlumatlandırıb.
"Sambaçı" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı hər iki oyunda meydana çıxıb və qol pası verib.
"Atletiko Mineyro"nun yetirməsi 2016-2022-cim ilədək bu kluba məxsus olub.
Yerli A Seriyası klubu onu öncə "Çapaçense"yə, ardınca "Botev"ə (Bolqarıstan) icarəyə verib. 23 yavşlı cənubi amerikalı qolçu 2022-ci ildən Budapeşt təmsilçisinin şərəfini qoruyur.
saytlarin hazirlanmasi