"Gent"in müdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

11:57 - 12 Fevral 2023

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent"in heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, Belçika təmsilçisinin müdafiəçisi Kamil Pyontkovski sıradan çıxıb. Polşalı futbolçu ölkə çempionatının 25-ci turunun "Vesterlo" ilə oyununda (3:3) zədələnib. 22 yaşlı oyunçu "Qarabağ"la ilk matçını buraxacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Gent" qarşılaşması 16 fevral tarixində, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirləcək. Cavab görüşü isə bir həftə sonra Belçikada olacaq.

Xəbər xətti