Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, 301 klubun yer aldığı siyahıda Azərbaycandan yalnız "Qarabağ"ın adı var. 143 xala malik olan Ağdam təmsilçisi 69-cu pillədə yer alıb. "Qarabağ" ötən ayla müqayisədə 9 pillə irəliləyib.
Qeyd edək ki, reytinq cədvəlinə 299 xalla Braziliyanın "Flamenqo" klubu başçılıq edir. Braziliyanın digər təmsilçisi "Palmeyras" 284 xalla ikincidir. Üçüncü yerdə olan "Liverpul"un xalı isə 265-dir.
saytlarin hazirlanmasi