"Qarabağ"la matçdan əvvəl "Gent"ə iki yaxşı xəbər

17:51 - 13 Fevral 2023

"Gent" Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilə matçdan əvvəl Belçika klubuna zədəli futbolçularından xoş xəbər gəlib.

 

Yarımmüdafiəçi Andre Hyulsager və müdafiəçi Nurio Fortuna zədəsini sağaldıb və "Qarabağ"a qarşı oynaya biləcəklər. Bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.

 

Qeyd edək ki, "Qarabağ" - "Gent" görüşü 16 fevral tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Komandalar arasında cavab oyunu bir həftə sonra Belçikada keçiriləcək.

Xəbər xətti