Marko Yankoviç: "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq"

18:14 - 15 Fevral 2023

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Konfrans Liqası pley-off mərhələsinin "Gent"lə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sabah çox vacib oyuna çıxacaqlarını bildirib:

 

- Sabah çox çətin və çox vacib matça çıxacağıq. Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdur. Oyun bizim üçün vacibdir. Sabaha qədər bir məşqimiz var. "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq.

 

- Çempionatdakı heç-heçələrdən sonra futbolçularda psixoloji durum necədir?

- Əvvəlki matçların nəticələrin bu oyuna aidiyyatı yoxdur. Bu, Avropa oyunudur. Sabah bizə heç bir təsiri olmayacaq. Əlimizdən gələni edəcəyik ki, doğma azarkeş qarşısında qələbə qazanaq.

 

Mirbağırağa

Xəbər xətti