"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Belçikanın "Gent" klubunu qəbul edir.
Sportal.az xəbər verir ki, matçdan öncə Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində həlak olan insanların xatirəsi anılıb. Hər iki komandanın futbolçuları türk və ərəb dilində "Yanınızdayıq" yaşılmış pankartla meydana daxil olublar.
Qarşılaşmanın start fitindən öncə zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Türkiyənin 10 şəhərində baş vermiş zəlzələ nəticəsində 36 mindən çox insan həlak olub.
saytlarin hazirlanmasi