"Qarabağ"ın futbolçusu Adama Diakabi "Gent"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 26 yaşlı vingerin müsahibəsini diqqətinizə çatdırır:
- Çox yaxşı oyun oldu, layiqli qələbə qazandıq. Qarşıda bir matç da var. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik.
- Meydana daxil olduğun zaman tribunalarda coşqu var idi. Bunu hiss etdin?
- Bəli, hiss edirdim. Elə futbolçuyam ki, bu cür atmosferdə, belə azarkeşlərin qarşısında oynamağı sevirəm. Mən oyuna girərkən azarkeşlərin etdikləri çox xoşuma gəldi. Bu da mənə motivasiya oldu.
- Bu cür ab-hava gözləyirdin?
- "Qarabağ" azarkeşləri çox yaxşıdır. Komanda yoldaşlarım onlar haqda mənə məlumat vermişdilər. Azarkeşlərin qarşısında oynamağı həyəcanla gözləyirdim.
- Cavab matçı ilə bağlı fikirlərin necədir? Əsas heyətdə oynayacağını gözləyirsən?
- Təbii ki, bu, baş məşqçimizin qərarıdır. Formamı bərpa etmək üçün hamı mənə kömək edir. Addım-addım formamı yığıb komandama daha çox kömək etməyə çalışıram. Son qərar baş məşqçinin olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi