"Qarabağ"ın futbolçusu Leandro Andrade "Gent"lə matçdan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan yarımmüdafiəçi növbəti mərhələyə yüksəlməyin öz əllərində olduğunu deyib:
- Qarşımızda çətin rəqib var idi. Bizi ağır oyun gözlədiyini bilirdik. Nəzərə almaq lazımdır ki, heyətimizdə dəyişikliklər olub. Bir çox futbolçular komandanı tərk etdi, yeni oyunçular gəldi. Amma qələbə qazandıq. Hər şey öz əlimizdədir. Qarşıdakı matçlarda yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır.
- Komandanın bombardirləri Musa və Ramil olduğu halda bu gün qol vuracağın ağlına gələrdi?
- Təbii ki, meydana çıxanda hamımızın ağlında qələbə qazanmaq olur. Komandaya qələbə qazandırmaq üçün qol vurmağa hər kəsdə inam olmalıdır. Hər birimizdə qələbə topunu vurmağa inam var idi. Belə davam etməliyik.
saytlarin hazirlanmasi