Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adı üçün iddia edənlərin arasında "Qarabağ"ın monteteqrolu yarımmüdafiəçisi Marko Yankoviç də var. 27 yaşlı futbolçu "Gent"lə matçda bir qol ötürməsi ilə yadda qalıb.
Həftənin oyunçusu seçilmək üçün digər namizədlər "Fiorentina"dan Luka Yoviç, "Trabzonspor"dan Mahmud Trezeqe və AEK-dən Anxel Qarsiyadır.
Qalibin adına UEFA-nın saytında keçirilən sorğudan sonra aydınlıq gələcək.
saytlarin hazirlanmasi