Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına AEK-in (Kipr) Anxel Qarsiya layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi UEFA-nın saytına azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb. Həftənni ən yaxşısı seçilmək üçün 4 namizəddən biri də "Qarabağ"ın futbolçusu Marko Yankoviç idi. Digər namizədlər isə Luka Yoviç ("Fiorentina") və Trezege ("Trabzonspor") olub.
Qeyd edək ki, Anxel Qarsiya AEK-in "Dnepr-1"i 1:0 hesabı ilə məğlub etdiyi matçda komandasının yeganə qolunu vurub.
saytlarin hazirlanmasi