"Qarabağ"ın futbolçusu Marko Yankoviç sıradan çıxıb.
Sportal.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş futbolçu həkim müayinəsindən keçib. Müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə 28 yaşlı yarımmüdafiəçinin "Gent"lə səfər matçında oynamayacağı deməkdir.