Ansi Aqolli: "Qarabağ"da çox şey öyrəndim"

20:55 - 20 Fevral 2023

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli "tribalfootball.com" saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, albaniyalı veteran futbolçu Azərbaycan klubunda keçirdiyi illər haqda danışıb. 40 yaşlı keçmiş sol cinah müdafiəçisi "Qarabağ"da çox şey öyrəndiyini deyib:

 

“Qarabağ”da oynamağın mənə çox köməyi dəydi. Orada çox şey öyrəndim. Həmişə komandam üçün əlimdən gələni etməyi, yoldaşlarıma köməklik göstərməyi düşünmüşəm. Bunu etdikdə təbii ki, belə nailiyyətlər də gələcək. “Qarabağ”ın heyətində ən çox oyun keçirən əcnəbi futbolçu olmaq mənim üçün xüsusi şərəfdir.

 

Karyeramın ən yaddaqalan anlarından birincisi, az büdcəyə baxmayaraq, 2017/2028 mövsümündə “Qarabağ”la bütün təsnifat mərhələlərini uğurla adladıqdan sonra Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağımız oldu. Ən çətin oyunlarımı millidə İspaniyaya, “Qarabağ”da isə 2010-cu ildə Avropa Liqasında “Borussiya”ya (Dortmund) qarşı keçirmişəm”.

 

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 295 matçda 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti