Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Sportal.az xəbər verir ki, 8 matçda ümumilikdə 91786 tamaşaçı iştirak edib.
Ən çox azarkeş Türkiyədə “Trabzonspor”la İsveçrə “Bazel”inin oyununda qeydə alınıb. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçı 26184 nəfər izləyib.
Bakıda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilmiş qarşılaşma bu göstəricidə 2-ci olub. Görüşü 25452 tamaşaçı izləyib.
Xatırladaq ki, “Qarabağ”la Bakıdakı oyunda “Gent”i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də Belçikada baş tutacaq.
saytlarin hazirlanmasi