Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" səddini keçən "Gent" 1/8 finalda oynamaq haqqı qazandı.
Sportal.az xəbər verir ki, adıçəkilən klubu "Başakşehir"lə sınaq gözləyir.
Ağdam klubunu yalnız penaltilər seriyasında məğlub etməyi bacaran "Gent" "Başakşehir"lə oyun üçün fanatlara səslənib. Belə ki, klub instaqram səhifəsində "Qarabağ" - "Gent" görüşündən, daha dəqiq desək, Luka Quqeşaşvili ilə Qift Orbanın yer aldığı kadrı paylaşaraq "Komandamızın bombardirini canlı izləmək istəyərdiniz? "Gent" - "Başakşehir" oyununa gəlin".
"Gent" - "Qarabağ" matçında meydana sonradan daxil olan Orban komandasının 120 dəqqəlik mübarizədə yeganə qolunu vurmuşdu. Qışda Norveçin "Stabek" klubundan "Gent"ə keçmiş 2002-ci il təvəllüdlü forvard artıq yeni komandasında 6 oyunda 4 qol vurmağı bacarıb.
Xatırladaq ki, "Gent" - "Qarabağ" görüşü martın 9-u Bakı vaxtı ilə 00:00-da start veriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi