"Qarabağ"ın qapıçısı bu ay geri qayıdacaq

11:34 - 9 Mart 2023

Qış toplanışı zamanı zədələnən "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev bütün cəhdlərə baxmayaraq, milli komandamızın AVRO-2024-ün seçmə mərhələsinin Avstriya (24 mart) və İsveçə (27 mart) qarşı keçiriləcək görüşlərində iştirak etməyəcək.

Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiper əməliyyatdan sonra fərdi proqram üzrə bərpasını davam etdirir.

Risk etməmək üçün onun komanda ilə birlikdə tam məşqlərə qoşulmasına həkimlər icazə verməyib.

Məhəmmədəliyevin martın sonuna kimi kollektivlə məşqlərini bərpa edəcəyi gözlənilir. 

Xəbər xətti