İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqbanı cəzalandırıb.
Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin adı Avropa Liqası 1/8 final mərhələsinin "Frayburq"la matçına daxil edilməyib. 29 yaşlı futbolçu komandanın məşqinə gecikdiyi üçün cəzaya məruz qalıb.
Qeyd edək ki, Poqba "Yuventus"a mövsümün əvvəlində azad agent statusu ilə keçib. Fransa millisinin üzvü Turin təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi