Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üçün dünya klublarının reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, 307 klubun yer aldığı siyahıda Azərbaycandan yalnız "Qarabağ"ın adını görmək mümkündür.
149 xala malik olan Ağdam təmsilçisi 69-cu pillədən 62-63-cü pillərə yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Argentinanın "Talleres Kordoba" klubu ilə 62-63-cü yerləri bölüşür.
"Fiorentina" (147,25) onlardan geridə, "Real Sosyedad" isə (150) “Qarabağ”dan öndədir.
Fevral ayının ən yaxşısı isə Braziliyanın "Flamenqo" klubudur (313). İkinci yerdə “Real” (Madrid) (308) yer alıb. Braziliyanın "Palmeyras" komandası (263) üçüncü pillədədir.
saytlarin hazirlanmasi