"Qarabağ"ın futbolçusu Marko Yankoviçə Monteneqro millisindən dəvət gəlsə də, o, Bakıda qalmalı olub.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin milli düşərgəyə yollana bilməməsinin səbəbi zədə ilə bağlıdır.
Belə ki, Yankoviç hələ ki, zədəsini tam sağaltmayıb. Bununla bağlı Monteneqro millisinin həkimləri də məlumatlandırılıb. O, hazır olmadığı üçün Bakıda qalaraq müalicəsini davam etdirəcək. 27 yaşlı futbolçu milli komandalara görə veriləcək fasilə bitdikdən sonra tam hazır olacaq və "Qarabağ"a kömək edəcək.
Marko Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə Bakıdakı görüşündə zədələnərək sıradan çıxmışdı.
saytlarin hazirlanmasi