"Qarabağ"ın qapıçısı nə vaxt qayıdacaq?

11:36 - 12 Mart 2023

Antalya toplanışı zamanı zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev hələ bir müddət komandaya kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper fərdi məşqlərə başlayıb. Lakin onun kollektivlə hazırlıq prosesində iştirak etməsi üçün hələ vaxta ehtiyacı var. Həkimlərin rəyinə əsasən, milli komandamızın üzvü ən yaxşı halda bir ay sonra komanda ilə birlikdə məşq edəcək.

Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"da çıxış edir. Təcrübəli "əlcək sahibi" cari mövsümdə 23 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti