"Qarabağ"ın kapitanı "Qalatasaray"la matç haqda: "Hamı mənə yazır ki, indidən biletləri hazırla"

13:21 - 14 Mart 2023

"Qarabağ" - "Qalatasaray" matçı çox maraqlı olacaq. Çox adam bu görüşü səbirsizliklə gözləyir. Nəhayət ki, dünən oyunun olacağı təsdiqləndi. Hamı mənə yazır ki, indidən biletləri hazırla, gələcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev "CBC Sport"a martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la təşkil ediləcək xeyriyyə matçı haqda danışarkən deyib. 

Ağdam klubunun təcrübəli futbolçusu komandasının tam heyətlə meydana çıxa bilməyəcəyinə də toxunub: "Bəli, ola bilsin ki, tam heyətlə meydana çıxmaq alınmadı. Çünki milli komandanın üzvləri yığmanın düşərgəsində olacaq. Amma əsas olan bu deyil. Əsas odur ki, "Qalatasaray" bizimlə oynayacaq. İnanıram ki, bu, hamı buna görə xoşbəxt olacaq".

Sonda isə Medvedev milli komandaya dəvət edilib-edilməyəcəyi barədə fikirlərini bildirib: “Futbol elədir ki, bu gün millidəsən, sabah olmaya bilərsən. Daha sonra yenidən dəvət gəlmək ehtimal var. Bu məsələyə toxunmaq istəmirəm. Vaxt hər şeyi öz yerinə qoyacaq".

Mirbağırağa
 

Xəbər xətti