"Qarabağ"ın "Qalatasaray"la yoldaşlıq görüşündə üz-üzə gələcəyi təsdiqlənib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun rəsmi feysbuk səhifəsində matçla bağlı paylaşım edilib.
Qarşılaşma martın 26-ı Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.
Klub matçla bağlı paylaşımını bu cür edib: "Yoldaşlıq deyil, qardaşlıq oyunu".
Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
saytlarin hazirlanmasi