Uzun illər "Qarabağ"da oynamış Ansi Aqolli sosial şəbəkə hesablarında paylaşım edib.
Sportal.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan albaniyalı Ağdam klubundakı vida oyununu xatırlayıb:
"Qarabağ"la son oyunumu keçirməyimdən dörd il keçir. Bu böyük kluba verdiyim töhfəyə görə qürur duyuram, özümü təvazökar hiss edirəm. Hələ də, keçmiş komanda yoldaşlarım, məşqçilərim, klub üzvləri və komanda yoldaşlarımdan hər gün sevgi və təşəkkürlər alıram. Sevimli "Qarabağ" azarkeşləri də, mənə hər gün yazır.
Mənə bəxş etdikləri bütün gözəl xatirələrə, qiymətə və sevgiyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Unutmamışam və heç vaxt unutmayacağım. Mən səni sevirəm "Qarabağ".
Xatırladaq ki, Ansi 2010-cu ildə "Qarabağ"a keçmiş və 2019-cu ilə qədər bu komandada oynamışdı.
saytlarin hazirlanmasi