"Napoli"nin hücumçusu Viktor Osimhen İtaliya klubundakı gələcəyi haqda danışaraq, ən yaxşı həll yolunu birlikdə tapmaq üçün agentləri və komanda rəhbərliyi ilə görüşəcəyini deyib.
Sportal.az xəbər verir ki, İtaliya mətbuatına danışan nigeriyalı forvard komandada qalıb-qalmayacağına aydınlıq gətirilmədiyi mesajını verib:
"Gələcəkdə məni nə gözlədiyini bilmirəm. Mövsümün sonunda nümayəndələrimlə görüşüb hər şeyi müzakirə edəcəm. Klub rəsmiləri ilə də həmçinin. "Napoli"yə çox minnətdaram. Ən yaxşı həlli birlikdə tapacağıq".
İtaliya mətbuatının məlumatına görə, Osimhen “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin transfer siyahısındadır.
saytlarin hazirlanmasi