Mövsümün sonunda bir neçə futbolçunun "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərlər dolaşır. Onlardan biri də milli komandamızın üzvü Ramil Şeydayevdir.
Ağdam təmsilçisi ilə müqaviləsini hələ də yeniləməyən Ramilin xaricdən təkliflər aldığı deyilir. Onun üçün indiki halda xaricə yollanması, yoxsa "Qarabağ"da qalmasının daha doğru seçim olduğunu incələmək üçün Rusiyada çalışan futbol agenti İmran Rzayevə müraciət etdik. Sportal.az saytına bu mövzuda açıqlama verən agent maraqlı məqamlara toxundu:
"Qarabağ"a son gəlişindən sonra Şeydayev oyun planında xeyli irəliləyiş etdi. Bir neçə gün əvvəl Azərbaycan saytlarının birində (sportinfo.az-red.) Macarıstanın "Debretsen" klubunun Ramillə maraqlandığını oxudum. Lakin "Debretsen"in idman direktoru ilə söhbətimdə Şeydayevin onların transfer siyahısında olmadığını dedi. Amma Ramilin Avropanın hər hansı digər klubundan təklif alması real görünür. İnanmıram ki, Şeydayev Rusiya çempionatına qayıtmaq istəsin. Hər il avrokuboklarda qruplarda oynayan "Qarabağ"ı şərti olaraq "Ural" və ya "Fakel"ə dəyişmək mənasızdır. Üst sıralarda gedən klubların Şeydayevə maraq göstərməsi inandırıcı deyil".
saytlarin hazirlanmasi