Martın 26-da "Qalatasaray"la qardaşlıq matçı keçirəcək "Qarabağ" hansı futbolçuların xidmətindən istifadə edəcəyini müəyyənləşdirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, əksər oyunçularının müxtəlif millilərə getməsi səbəbindən say azlığı ilə üzləşən Azərbaycan çempionu yaranan boşluğu qismən kompensasiya edib.
Necə? Qurban Qurbanov yaxından tanıdığı adlara üz tutub. Təcrübəli mütəxəssisin üzərində dayandığı 4 nəfərdir.
Vaxtilə "Qarabağ"ın formasını geyinmiş Donald Gerye, həmçinin haitili müdafiəçinin "Zirə"dəki komanda yoldaşı Anar Nəzirov "Qalatasaray"la qarşılaşmaya dəvət olunub.
"Köhən atlılar" mövsümün əvvəlində "Şamaxı"ya icarəyə verdiyi Rauf Hüseynli ilə Nihad Quliyevi də "Cim-Bom"la görüşə çağırıb.
saytlarin hazirlanmasi