"Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə xeyriyyə matçında üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, azarkeşlərin bu oyuna marağı böyükdür. Hazırda qarşılaşma üçün 60 mindən çox bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə Türkiyənin Anadolu Agentliyinə məlumat verib.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçdan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.
saytlarin hazirlanmasi