"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Bolqarıstanla səfərdə qarşılaşan monteneqrolular qələbəyə sevinib.
Veşoviçin start heyətində meydana çıxdığı görüşdə millisi Bolqarıstana 1:0 qalib gəlib. Marko sona qədər meydanda olub.
Xatırladaq ki, görüşü Əliyar Ağayevin rəhbərliyi ilə azərbaycanlı hakimlər idarə edib.
saytlarin hazirlanmasi