"Onlar da istəyər ki, "Qalatasaray"la matçda özlərini yaxşı tərəfdən göstərsinlər"

13:17 - 25 Mart 2023

"Rauf və Nihad üçün dəvət bir neçə gün əvvəl oldu. Bildiyiniz kimi, "Qarabağ" - "Qalatasaray" arasındakı görüş xeyriyyə məqsədi ilə keçirilir. Oyunun bütün gəlirləri də Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə göndəriləcək. Bu cür oyun üçün göndərilən təklifə yox demək olmazdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.

O, komandanın iki futbolçusu - Rauf Hüseynli və Nihad Quliyevin "Qalatasaray"la görüş üçün "Qarabağ"a cəlb olunmasına münasibət bildirib. Əsgərli iki futbolçunun olmamasının komandanın hazırlığına təsir etməyəcəyini bildirib: "Ayın 26-da komandaya istirahət veriləcək. Ona görə də, iki futbolçumuzun olmamasının hazırlığa təsir edəcəyini düşünmürəm.

İki futbolçumuzun "Qalatasaray"la matçda meydanda olub-olmayacağı haqda isə nəsə deyə bilmərəm. Əlbəttə, onlar da istəyər ki, "Qalatasaray"la matçda özlərini yaxşı tərəfdən göstərsinlər. Bu oyunu nəinki Azərbaycanda, Türkiyədə də səbrsizliklə gözləyirlər".

Mirbağırağa

Xəbər xətti