"Hələ ki, "Qarabağ"ın məşqlərinə qoşulmamışam. Çünki bu gün "Zirə" ilə yoldaşlıq oyunumuz var idi. Bu gün "Qarabağ"ın düşərgəsinə yollanacam"
Bu sözləri Sportal.az saytına açıqlamasında Nihad Quliyev deyib.
Müqavilə ilə "Qarabağ"a məxsus olan yarımmüdafiəçi mövsümün əvvəlində "Şamaxı"ya icarəyə verilmişdi. Gənc futbolçu "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə görüşü üçün Ağdam klubunun düşərgəsinə qoşulacaq. O, müqavilə ilə məxsus olduğu komandaya bir oyunluq da olsa, cəlb edildiyinə görə şad olduğunu bildirib: "Əlbəttə ki, "Qalatasaray"la görüş üçün "Qarabağ"a cəlb olunmağım çox sevindirici və qürurverici haldır. "Qalatasaray"la matçda oynayıb-oynamayacağım barədə heç nə deyə bilmərəm. Hər halda, buna qərar verən baş məşqçidir. Şans verilsə, əlimdən gələni etməyə çalışacam".
Quliyev Türkiyə klublarından daha çox "Beşiktaş"a rəğbət bəslədiyini deyib: "Bu oyun çox maraqlı olacaq. Hər halda, Türkiyənin ən böyük klublarından birinə qarşı oynayacağıq. Türkiyənin bütün klublarına simpatiyam var. Amma daha çox "Beşiktaş" klubunadır".
Nihad "Qalatasaray"a qarşı göstərəcəyi performansın yayda "Qarabağ"a qayıtmasına kömək olub-olmayacağı haqda bunları deyib: "Qalatasaray"la görüşdə göstərəcəyim performans, yaxud "Şamaxı"da oynadığım oyunların "Qarabağ"a qayıdıb-qayıtmamağıma təsir edəcəyi barədə bir söz deyə bilmərəm. Mən sadəcə olaraq məşqimi edirəm, oyunlarda əlimdən gələni edirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi