"Qarabağ"ın futbolçusu Marko Yankoviç zədəsini sağaldıb.
Sportal.az saytına verilən məlumata görə, monteneqrolu yarımmüdafiəçi artıq kollektivlə məşqlərə başlayıb. 27 yaşlı futbolçu "Qalatasaray"la yoldaşlıq oyununa tam hazır olmadığı üçün baş məşqçi Qurban Qurbanov ona şans verməyib. Yankoviç Premyer Liqanın 28-ci turunun "Şamaxı" ilə matçında oynaya bilər.
Qeyd edək ki, Marko Yankoviç Avropa Konfrans Liqasının "Gent"lə Bakıda keçirilən ilk matçında (1:0) zədələnmmişdi. Təcrübəli futbolçu mövsümün əvvəlindən etibarən "Qarabağ"da çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 32 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi