Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVIII turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Qeyd edək ki, Abdullah 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.
saytlarin hazirlanmasi