"Qarabağ" - "Qalatasaray" matçından əldə olunan gəlir açıqlandı

21:31 - 5 Aprel 2023

"Qarabağ"ın Bakı Olimpiya Stadionunda "Qalatasaray"la keçirdiyi xeyriyyə matçından əldə olunan gəlir açıqlanıb.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb:

"İctimaiyyətin diqqətinə!

26 mart 2023-cü il tarixində “Qarabağ” və “Qalatasaray” klubları arsında xeyriyyə matçı keçirilmişdir. Əvvəlcədən də bəyan edildiyi kimi bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” və “Qalatasaray” arasında baş tutmuş oyunun gəlirləri 1.090.455 (Bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə Lirası olmuşdur. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) Qalatasaray tərəfindən açılmış yardım hesabına köçürüləcəkdir.

Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcəkdir.

Xeyriyyə matçında bizə dəstək olan

Azersun, Final, Azərçay, Gesco Security, Bakı Olimpiya stadionu, Liv Bona Dea, Haber Global, CBC Sport, Bakı Nəqliyyat agentliyi, iticket, Misli, Sabah FK, Günyadın restoranı, Mr. Fix, Hünər Qrup, Bizon, iTicket, Liv Bona dea, Misli, həmçinin Hyundai-ya minnətdarlığımızı bildiririk.

Və… Şübhəsiz, çağırışımıza qoşularaq bu oyunu maraqlı edən, stadionda gəlmiş 62 mindən artıq azarkeşə sonsuz təşəkkürlər!"

Xəbər xətti