"Şamaxı"nın forvardı Amil Yunanov Sportal.az saytına müsahibə verib. Təcrübəli hücumçu Premyer Liqanın 28-ci turunda "Qarabağ"a(0:1) qarşı keçirilmiş görüşünü də dəyərləndirib.
- "Qarabağ"la matçda məğlub oldunuz. Nəyə görə həmin görüşdən xal götürə bilmədiniz?
- "Qarabağ" çox güclü rəqibdir. Biz onlarla evdə oynayırdıq. İstəyirdik ki, ən azından bir xal qazanaq. Lakin bunu etmək alınmadı. Qol epizodlarımız da oldu. Qismət belə imiş. Biz qarşıdakı matçlara hazırlaşacağıq.
- Luka Quqeşaşvili ilə təkbətək qaldın və gürcü qolkiperin sənə qarşı kobud oynadığı iddia edilir. Həmin penalti epizodunu necə şərh edərdin?
- Bəli, "Qarabağ"ın qapısına penalti təyin edilməli idi. Lakin hakimin nəyə görə penalti təyin etmədiyini bilmirəm. Halbuki 100 faiz mənə toxunuş etmişdi. Maraqlısı odur ki, baş hakim heç VAR-a gedib baxmadı. Mən də heç nə başa düşmədim.
- "Qarabağ"lılardan kiminləsə penalti epizodunu müzakirə etdin?
- Xeyr, heç kimlə söhbət etmədim. Ancaq oyuna baxan kim varsa, hər kəs təmiz penalti olduğunu dedi. Mən də bu fikirdəyəm.
- Növbəti turda rəqibiniz "Turan Tovuz"dur. Tovuz səfərindən qələbə ilə ayrılmaq mümkün olacaq?
- Çətin görüş olacaq. Çalışacağıq ki, qələbə qazanıb vəziyyətimizi yaxşılaşdıraq. Əlimizdən gələni edəcəyik. Necə alınacağını birlikdə görəcəyik.
- Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə əsasən "Səbail" və "Şamaxı" klubları arasında gedir. Son turda bu iki komanda üz-üzə gələcək. Səncə hər şey həmin matçda həll olacaq, yoxsa necə?
- Bunu zaman göstərəcək. Qarşıdakı matçlara maksimum hazırlaşmalıyıq, hər oyuna final ab-havasında çıxmaq lazımdır. Çempionatdakı mövqeyimizi qorumalıyıq.
-"Şamaxı" liqada qalmağa layiq komandadır?
- Bəli, "Şamaxı" liqada qalmağa layiq komandadır. Bunu göstərdiyimiz oyunlara baxıb demək olar. Əslində, heç bir komanda liqadan düşməyə layiq deyil.
Mirbağırağa
saytlarin hazirlanmasi