Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq turnirinin qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası 2-ci turda Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb.
Oyun "atlılar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qarabağ" ilk oyunda "Boluspor"la heç-heçə edib. Azərbaycan təmsilçisinin növbəti rəqibi Serbiya "Srvena Zvezda"sı olacaq.
saytlarin hazirlanmasi