Türkiyədə keçirilən “İzmir Cup-2023” turnirinin qrup mərhələsi başa çatıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın U-12 komandası “Ayntraxt” (Almaniya, Frankfurt) və “Manisa” (Türkiyə) klublarını məğlub edib. “Başakşəhər” və “Altınordu” klublarına 0:1 uduzan ağdamlılar "Portu" ilə bərabərə qalıb(0:0). Qrupda 8 xal toplayan "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Bu gün komanda iki yoldaşlıq matçına çıxacaq.
“Neftçi” isə H qrupunda "Beşiktaş” (1:0), “Urla Bələdiyyəsi” (3:0), Belçikanın “Vesterlo” (1:0) klublarına qalib gəlib. “Mets” (0:1) və “Zenit” (0:6) klublarına uduzan bakılılar 4-cü yeri tutaraq pley-offa vəsiqə qazanmağı bacarıb. “Ağ-qaralar” bu gün 1/16 finalda "Brügge" ilə qarşılşacaq.
saytlarin hazirlanmasi