Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) mart ayı üçün dünya klublarının reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, 306 klubun yer aldığı siyahıya Azərbaycandan yalnız “Qarabağ” daxil edilib.Ağdam klubu 149 xalla 62-ci pillədədir.Azərbaycan çempionu Niderlandın “Ayaks” klubunu (148) qabaqlayır.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi isə bir pillə “Borussiya” (Dortmund) (151) qabaqlayır.Martın ən yaxşısı “Flamenqo” (327) klubudur. İkinci pillədə “Real”(Madrid) (298), üçüncü pillədə “Mançester Siti” (254) qərarlaşıb.
saytlarin hazirlanmasi