AFFA-nın millimizə cəlb etmək istədiyi Rusiya klubunun üzvü: "Vecimə də deyil"

14:14 - 10 Aprel 2023

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev komandanın sabiq baş məşqçisi Spartak Qoqnievlə mübahisəsini xatırlayıb.

Sportal.az "Чемпионата"a istinadən xəbər verir ki, AFFA-nın milli komandamıza cəlb etmək istədiyi yarımmüdafiəçi məsələ haqda bu cür danışıb:

"Qoqniyevlə konfliktimizin videosunun sosial şəbəkəyə düşdüyünü gördüm. Amma baxmadım, çünki heç vecimə də deyildi. Bu hekayə mənə nə öyrətdi? Başa düşdüm ki, bir insan əsəbləşib alovlanırsa, dayanmaq lazımdır. Bu münaqişə komandaya təsir etməyib. Çünki elə vəziyyətdə deyilik ki, beynimizdə çətin vəziyyətdən çıxmaqdan başqa bir şey olsun".

26 yaşlı futbolçu bu mövsüm 14 oyunda məhsuldar ötürmə edib.

Xəbər xətti