Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq üzvü Ziya Əzizov karyerasını bərpa edib.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Niderland klubu ilə anlaşıb.
O, “Rosmalen”lə müqaviləyə qol çəkib. Əzizovun yeni komandası Niderland üçüncü liqasında mübarizə aparır.Niderland futbol məktəbinin yetirməsi olan Əzizov karyerası ərzində “Den Boş”, “Nek Neymegen”, “Brabant Yunayted”, “Keşlə”(indiki “Şamaxı”) klublarında forma geyinib.
U-21 yığmamızın sabiq üzvü bir müddət idi ki, karyerasında pauza götürmüşdü.
saytlarin hazirlanmasi