"Ximki"nin futbolçusu İlya Sadıqov klubun rəsmi saytına danışıb.
Sportal.az xəbər verir ki, əslən Azərbaycandan olan yarımmüdafiəçi arzusunun Rusiya Premyer Liqasında ilk oyununa çıxdığı gün gerçəkləşdiyini bildirib.
"Əhval-ruhiyyəmiz yaxşıdır. Hətta deyərdim ki, döyüşkən ruhdayıq. Qalib gəlmək istəyirik. Çünki hansı vəziyyətdə olduğumuzu dərk edirik. Ötən mövsüm də oxşar vəziyyətdəydik, amma həmin anlar geridə qalıb. Problemi burada və indi həll etməliyik. Əminəm ki, bunu etməyə gücümüz çatacaq.
Düzünü desəm, arzum qismən reallaşıb. Çünki bir neçə il əvvəl Premyer Liqa səviyyəsində olacağımı ağlıma belə gətirmirdim. Məqsədim "Ximki" ilə böyük uğurlar qazanmaqdır. Sonrasını isə zaman göstərəcək".
Həmyerlimiz daha çox qol vurmaq istəyində olduğunu da deyib: "Ötən mövsümlə müqayisədə daha çox qol vurmaq istərdim. Amma mən ilk növbədə komandanın qarşılaşdığımız problemi həll olunmasını istəyirəm. Əgər şəxsi məqsədimə nail ola bilməsəm, üzülməyəcəyəm, mənim üçün ilk növbədə komandanın qalib gəlməsidir".
22 yaşlı futbolçunun “Ximki” ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. O, klubun əsas himayədarı Tufan Sadıqovun oğludur.