Avropanın nəhəng klubları bu hücumçunu istəyir

16:59 - 12 Aprel 2023

Mövsümün sonunda "Kristal Pelas"la müqaviləsi başa çatan Vilfred Zaha Avropanın nəhəng klublarının transfer siyahısındadır.

Sportal.az xəbər verir ki, "Monako", "Bavariya", "Borussiya" (Dortmund) və "Arsenal" 30 yaşlı hücumçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə "Mercato" nəşri məlumat yayıb. Fil Dişi Sahili millisinin üzvü Çempionlar Liqasında iştirak edən kluba keçmək istəyir.

Qeyd edək ki, "Kristal Pelas" Vilfred Zahanı 2015-ci ilin fevral ayında "Mançester Yunayted"dən transfer edib. Təcrübəli forvard cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti