Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni komandası məlum olub.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Litvada davam etdirəcək. Təcrübəli forvard "Yonava"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Yanova" Litva çempionatında 5 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Nurlan Novruzov karyerası rəzində "Bakı", "Zirə", "Sumqayıt", "Səbail", Nepalın "Maçindra", "Lalitpur", Estoniyanın "Narva-Trans", Moldovanın "Dinamo-Avto", Türkiyənin "Şanlıurfa", "Dersim" kimi klublarında çıxış edib.
saytlarin hazirlanmasi