"Fənərbaxça" və "Beşiktaş" eyni hücumçunu istəyir

13:32 - 13 Aprel 2023

Türkiyənin "Fənərbaxça" klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"da çıxış edən Raul Ximeneslə maraqlanır. Bu barədə "TV Azteca" məlumat yayıb. "Sarı-lacivərtlilər" meksikalı forvardın meneceri ilə görüşüb transferi müazakirə ediblər. Görüşün müsbət keçdiyi bildirilir.

31 yaşlı forvardı "Beşiktaş"da transfer etmək istəyir.

Qeyd edək ki, "Vulverhempton" Raul Ximenesi 2019-cu ilin yayında "Benfika"dan transfer edib. Təcrübəli hücumçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.tra

Xəbər xətti